ABŞ prezidenti Donald Tramp Çinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentliyin Ağ Ev sözçüsünə istinadən verdiyi xəbərə görə, Trampın səfəri 31 mart - 2 aprel tarixlərinə təsadüf edəcək.
Qeyd edək ki, ABŞ prezidenti bu yaxınlarda yazda Çinə səfər etmək niyyətini təsdiqləyərək, Çin prezidenti Si Cinpinlə görüşməyi səbirsizliklə gözlədiyini demişdi.
Donald Tramp ABŞ-ın hazırda Çinlə çox yaxşı münasibətlərinin olduğuna əminlik ifadə etmişdi.
Anar