RU

İncəsənət məktəbləri üçün nəzərdə tutulan “Balaca pianoçu” dərs vəsaitinin təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanan incəsənət məktəblərinin I–II sinifləri üçün “Balaca pianoçu” adlı dərs vəsaiti çapdan çıxıb.

Publika.az xəbər verir ki, fevralın 20-də Azərbaycan Milli Kitabxanasında yeni nəşrin təqdimatı keçirilib.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov dərs vəsaiti haqqında məlumat verib. Bildirilib ki, fortepiano ixtisası üzrə uzun illər istifadə olunan vəsait 1955-ci ildə çap edilib və müasir pedaqoji tələblərə cavab vermirdi. “Balaca pianoçu” kitabı milli düşüncə və yeni bəstəkarlıq nümunələri əsasında hazırlanıb.

Nəşrin layihə rəhbəri və həmmüəllif, metodist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova vəsaitin metodiki quruluşu və məzmunu barədə təqdimatla çıxış edib.

Избранный
39
4
publika.az

5Источники