Bakı. Trend:
Böyük Britaniya və onun bir sıra Avropa müttəfiqləri yeni,qiymət baxımından səmərəli hava hücumlarından müdafiə (HHM)vasitələrinin birgə hazırlanması ilə məşğul olacaqlar.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Böyük Britaniya MüdafiəNazirliyi məlumat yayıb.
“Böyük Britaniya və E5 üzrə tərəfdaşlarımız – Fransa, Almaniya,İtaliya və Polşa – NATO-nun müdafiə sipərini gücləndirmək məqsədiləyeni nəsil hava hücumundan müdafiə sistemlərinə və avtonomsistemlərə birgə investisiyaları artırırlar”, – Böyük Britaniyanınmüdafiə və sənaye naziri Lyuk Pollard bildirib.
Ötən həftə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat vermişdiki, ölkə hökuməti 2025-ci maliyyə ilində digər Avropa dövlətləriilə birgə həyata keçirilən uzaqmənzilli raket proqramlarının, eləcədə səs sürətini aşan silahlarının inkişafına 545 milyon ABŞ dollarıayıracaq.