RU

Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb (FOTO)

Bakı. Trend:

20 fevral 2026-cı il tarixdə “Qarabağ İtkin Ailələri” İctimaiBirliyi tərəfindən Xocalı soyqırımının 34-cü ildönümünə həsredilmiş “Xocalı soyqırımı, itkin şəxslər: faktlar, sübutlar vəhumanitar məsuliyyət” mövzusunda dəyirmi masa təşkil edilib.

Trend xəbər verir ki, öncəErmənistanın Azərbaycana qarşı həbi təcavüzü nəticəsində şəhidolmuş bütün şəxslərin, o cümlədən Xocalı soyqırımı qurbanlarınınxatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dəyirmi masanı İctimai Birliyin sədri Könül Behbudova açaraqXocalı soyqırımı və dəyirmi masanın məqsədi barədə qısa məlumatverdi.

Bildirildi ki, Xocalı soyqırımı zamanı bir gecədə 613 nəfərvəhşicəsinə qətlə yetirilmişdir. Onlardan 63 nəfəri uşaq, 106nəfəri qadın, 70 nəfəri qoca olmuşdur. 8 ailə tamailə məhv edilmiş,25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirmişdir.Bundan başqa, aralarında 76 uşağın da olduğu 487 nəfəryaralanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilikAkademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovçıxış edərək 1988-ci ildən etibarən Ermənistan tərəfindənAzərbaycan xalqına qarşı, o cümlədən Xocalı soyqırımı ərəfəsində vəşəhərin işğalı zamanı törədilmiş cinayət əməlləri barədə ətraflıməlumat verdi.

Bidirildi ki, bütün dünyanın gözü qarşısında baş verən budəhşətli soyqırımı aktına siyasi-hüquqi qiymət yalnız ümummillilider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdansonra verilmişdir. 1994-cü ilin fevralında AzərbaycanRespublikasının Milli Məclisi Xocalı faciəsini soyqırımı kimitanımışdır. Həmçinin bildirildi ki, azərbaycanlılara qarşızaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli liderHeydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 MartAzərbaycanlıların Soyqırımı Günü elan edilib.

Diqqətə çatırılıdı ki, Xocalı faciəsi barədə məlumatların dünyaictimaiyyətinin diqqətinə çatdırılması və soyqırımı kimitanımasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevatərəfindən 2008-ci ilin may ayında təsis edilmiş “Xocalıya ədalət!”kampaniyası mühüm rol oynayıb.

Tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüşvətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərininmüavini Eldar Səmədov 01.01.2026-cı il tarixə olan məlumata əsasən,Xocalı soyqırımı zamanı 210 nəfərin itkin düşmüş şəxs kimi DövlətKomissiyanda qeydiyyata alındığını, onlardan 168 nəfərinin mülkişəxslər, 42 nəfərinin isə şəhərin özünümüdafiə dəstəsinin üzvləriolduğunu qeyd etdi. Bildirildi ki, mülki şəxslərin arasında 38nəfər uşaq (23 oğlan, 15 qız), 57 nəfər qadın (15 yaşlı qadın), 30nəfər qoca da var.

E.Səmədov Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonraAzrbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindənErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkindüşmüş şəxslərin taleyinin müəyyən edilməsinin DövlətKomissiyasının qarşısında vacib vəzifə kimi müəyyən edildiyinibildirdi.

Qeyd etdi ki, 2021-ci ilin fevral ayından etibarən həyatakeçirilən axtarış-qazıntı və ekshumasiya prosesində 831 itkin şəxsəaid ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülmüşdür.Həmçinin proses nəticəsində işğaldan azad edilmiş ərazildərdə 32kütləvi məzarlıq aşkarlanmışdır. Aşkarlanmış kütləvi məzarlıqlardan252 nəfərə aid ehtimal edilən meyit qalıqları ekshumasiyaedilib.

Aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetikekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkindüşmüş 220 nəfərin şəxsiyyəti eynişləşdirilərək ictimaiyyətəaçıqlanmış, ailələrinə təhvil verilmiş, qanunvericiliyintələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilmişlər.Vurğuladı ki, şəxsiyyəti eyniləşdirilmiş 220 nəfərdən 24 nəfəriXocalı soyqırımı zamanı itkin düşmüş vətəndaşlardır.

Xüsusi ilə vurğulandı ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin tapşırığı ilə Ermənistanın Azərbaycana qarşı hərbitəcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənedilməsi məqsədilə 2022-ci ildə Dövlət Təhlükəsizliyi XidmətininHərbi-tibb baş idarəsində Genetik araşdırmalar mərkəziyaradılıb.

Qeyd olundu ki, itkin düşmüş vətəndaşların taleyinin müəyyənolnması üçün hazırda Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlətqurumları ilə birlikdə zəruri tədbirlər davam etdirilir.

Tədbirdə Xocalı sakinləri olan itkin ailələrinin üzvləri,“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradəRzazadə, politoloq Zaur İbrahimli, Hüquqşünas Fariz Əkbərov,Qazilər.az saytının rəhbəri Rey Kərimoğlu, QHT.az saytının rəhbəriCəsarət Hüseynzadə çıxış edərək Xocalı soyqırımı zamanı törədilmişcinayət əməlləri, Vətən müharibəsində əldə edilmiş böyük zəfər,işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyüktikinti-quruculuq və bərpa işləri barədə ətraflı məlumatverdilər.

Tədbir iştirakçıları, o cümlədən itkin ailələrinin üzvləriErmənistanı itkin düşmüş şəxslərin məzar yerləri barədə məlumatlarıAzərbaycana təqdim etməyə çağıraraq, bu addımın itkin şəxslərintaleyinin müəyyən edilməsinə, həmçinin hazırda həyata keçirilənsülh prosesinə mühüm töhfə verəcəyini bildirdilər.

Xocalı
Xocalı
Xocalı
Xocalı
Xocalı
Xocalı
Xocalı
Избранный
17
3
az.trend.az

4Источники