RU

Rəşad Sadıqov turun mərkəzi qarşılaşmasında bu futbolçuları oynada bilməyəcək - ADLAR

Misli Premyer Liqasının 21-ci turu çərçivəsində bu gün "Azərsun Arena"da "Turan Tovuz"un qonağı olacaq "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov iki futbolçunun xidmətindən faydalana bilməyəcək.

Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:

"Cəzalı oyunçu yoxdur. Brahim Konate və İssa Cibrilla zədə səbəbindən bu görüşü kənardan izləyəcəklər".

Qeyd edək ki, "Turan Tovuz" - "Zirə" matçı 17:00-da başlayacaq. Turun mərkəzi qarşılaşmasında ədaləti Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası qoruyacaq. 

Nihat

Избранный
9
fanat.az

1Источники