RU

Yanğından zərər görmüş ailəyə dəstək: Rayon rəhbəri zərər çəkmiş evdə aparılan təmir işləri ilə tanış olub » AzadMedia.az


Masallı rayonunun Böyük Kolatan kəndində aztəminatlı ailəyə məxsus fərdi yaşayış evi baş vermiş yanğın hadisəsi nəticəsində ciddi zərər görmüşdür. Zeynalova Məlahət Novruz qızına məxsus evdə bərpa-təmir işləri Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilir. Təmir prosesinə ərazi nümayəndəliyi və bələdiyyə ilə yanaşı, kənd sakinləri və xeyriyyəçilər də maddi dəstək göstərmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, eləcə də aidiyyəti üzrə məsul şəxslər, media və ictimaiyyət nümayəndələri təmir işlərinin aparıldığı ünvanda olaraq görülən işlərlə yaxından tanış olmuşlar.

Baxış zamanı aparılan tikinti-bərpa tədbirlərinin mövcud vəziyyəti dəyərləndirilmiş, işlərin müəyyən olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Görüş çərçivəsində ailə üzvləri ilə səmimi söhbət aparılmış, onların sosial-məişət vəziyyəti və mövcud ehtiyacları ilə maraqlanılmışdır.

Ev sahibi göstərilən diqqət və dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərinə və xeyriyyəçilərə təşəkkürünü bildirmişdir.
Избранный
2
1
azadmedia.az

2Источники