RU

Millimiz Özbəkistana da uduzdu

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxıb.

Msport.az xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 5-ci dəqiqədə Pünhan Kərimov vurub.

Qeyd edək ki, U-18 qrupda son oyununu fevralın 21-də Belarus seçməsinə qarşı keçirəcək.

Избранный
17
3
msport.az

7Источники