Yazını böyüt
Yazını kiçilt
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində ikinci oyununa çıxıb.
Hafta.az xəbər verir ki, B qrupunda yer alan yığma Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 5-ci dəqiqədə Pünhan Kərimov vurub.
Qeyd edək ki, U-18 qrupda son oyununu fevralın 21-də Belarus seçməsinə qarşı keçirəcək.