RU

Parlamentdən yeni cərimə qanunu gəlir

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşib.

Gununsesi.info-nun xəbərinə görə, bu Milli Məclisin fevralın 20-də keçirilən iclasında müzakirəyə çıxarılan, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, aprelin 1-dən qeyd olunan əməllərə görə mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Digər dəyişiklikdə isə küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər üçün cərimələr müəyyənləşib.

Bu dəyişikliyə əsasən, aprelin 1-dən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

Hər iki dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi aprelin 1-dən qüvvəyə minməklə qadağan edilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
icma.az

1Источники