RU

ABŞ Prezidenti 10 faizlik qlobal tarifin tətbiqi ilə bağlı sərəncam imzalamağı planlaşdırır

Vaşinqton, 20 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp 122-ci maddə kimi tanınan federal qanuna əsasən 10 faizlik qlobal tarif tətbiq etməklə bağlı sərəncam imzalayacaq.

AZƏRTAC xəbər verir ki, qanunvericilik yolu ilə uzadılmasa, bu tariflər 150 gün qüvvədə qalacaq.

Dövlət başçısı keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, 232-ci və 301-ci maddə üzrə tariflər qüvvədə qalır və 122-ci maddəyə əsasən, artıq tətbiq olunan normal tariflərə əlavə 10 faiz qlobal tarif tətbiq edəcək.

Prezident həmçinin, Ticarət Departamenti vasitəsilə digər yollarla tariflərin tətbiqini araşdıracaqlarını söyləyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
43
2
azertag.az

3Источники