RU

Azərbaycan yığması ikinci oyunda özbəklərə də uduzdu

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün keçirdiyi ikinci oyunda da uduzub.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində qolu 5-ci dəqiqədə Pünhan Kərimov vurub.

Azərbaycan millisi ilk matçında Rusiyaya 1:7 hesabı ilə məğlub olmuşdu. U-18 qrupda son oyununu fevralın 21-də Belarusa qarşı keçirəcək.

Избранный
2
1
sportinfo.az

2Источники