Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür.
KONRKET.az xəbər verir ki, Azərbaycan dilinin inkişafı və tətbiqi son vaxtlar əsas mövzulardan biri olub.
Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı və bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də Azərbaycan dilinin yad təsirlərdən qorunmasının vacibliyini vurğulayıb.
Xatırlatma: 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Məqsəd dil və mədəni müxtəlifliyi təşviq etmək, çoxdilliliyi dəstəkləməkdir.