RU

Milli Məclis Füzuli Ələkbərovun şirkətinə milyonlar ödəyəcək

Milli Məclis “İmprotex Motors” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

“Yeni Sabah” "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, müqavilədə rəsmi qarantiyada olan nəqliyyat vasitələrinə qulluq göstərilməsi nəzərdə tutulur.

Buraya yağ, sürtkü materialları, ehtiyyat hissələri və servis xidmətləri aiddir.

Müqavilənin maliyyə dəyəri isə 2 milyon 282 min 605 manat müəyyənləşib. Müqavilənin icra müddəti açıqlanmayıb.

Xatırladaq ki,“İmprotex Motors” şirkəti 1991-ci ildə yaradılıb. Şirkətin sahibi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, nazir işlədiyi 2006-2013-cü illərdəholdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.


Telegram kanalımız
Избранный
8
12
yenisabah.az

10Источники