RU

Bu gündən boz ay başlayır - Hava necə olacaq?

Qədim ayinlərimizi minillərlə yaşadan ölkəmizə bu gündən Boz ay qədəm qoydu. Təbii ki, kiçik çillə də sonuncu gününün şıltaqlığını hiss etdirməli idi.

Bildiyimiz kimi qış fəsli üç hissəyə bölünür. Bunlar Böyük çillə, Kiçik çillə və Boz aydır. Amma, kiçik çillənin bitməsi şaxtalı havaların bitməsi demək deyil. Çünki, Boz ay da kifayət qədər sərtliyini hiss etdirən aydır. Bu məqamda belə bir sual yaranır. Niyə məhz Boz ay ? Kiçik çillədən sonrakı ayın Boz adlanması hansı anlamdır ? 

Qarşıladığımız bu bir aya Boz ay ona görə deyirlər ki, bu ayda havaya inanmaq olmaz. Çünki gün ərzində hava bir neçə dəfə dəyişə bilər. Bir gün isti,ertəsi gün soyuq, hətta qarlı- şaxtalı da ola bilər.Yəni hava üzünü bozardır.El içində belə bir məsəl də var: "Qorxma qışdan, qabağından yaz gəlir, qorx payızdan qabağından qış gəlir". Unutmayaq ki,hava üzünü nə qədər bozartsa da, qarşıda bahar ətirli Yaz gəlir.İnşallah,arzularınıza söykənib xəstələnməyin ki, Novruzun gəlişini sağlam canla qarşılayasınız.

Избранный
13
missiya.az

1Источники