RU

“Azərbaycanın ABŞ-yə ixracatı nədir ki...” – Sülh müqaviləsi və tarif siyasəti

“Yadınızdadırsa, Tramp demişdi ki, Azərbaycanı və Ermənistanı 200 faizlik ixracat tarifi ilə hədələdiyinə görə, ötən ilin avqustunda Əliyev və Paşinyan sülh haqqında razılığa gəldilər. Bu, əlbəttə gülməli idi. Azərbaycanın Amerikaya ixracatı nədir ki, məhz tarifdən qorxub Ermənstanla sülhə gedək...”

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ Partiyasının (ReAL) sabiq sədri İlqar Məmmədov yazıb.

O bildirib ki, Bakı və İrəvan Trampı sülhə xatir yola verir:

“Trump bu əsaslandırması ilə ancaq özünün qlobal və milli gündəmini gücləndirməyə çalışırdı. Hamı da onu bu məsələdə yola verirdi, çünki sülh hər halda ülvi bir məqsəddir. Lakin dünən, ABŞ Ali Məhkəməsi Trampın həmin o səs-küylü fövqəladə tariflər siyasətini qanunsuz elan elədi. İndi nə, biz müharibəyə qayıda bilərik? Axı sülh müqaviləsi heç imzalanmayıb.

Sülhə qarşı oynayan güclərin imkanları bu günə yetişmiş olsaydı, onlar bu hadisənin yaratdığı ziddiyyətdən faydalanmağa mütləq can atardı və anlaşmaya doğru hərəkətimizi əngəlləyərdi.

Amma xeyr, Bakı və İrəvan sülh yoluna ən azından hələlik davam edəcək. Çünki Trampın tarifləri ilə bu yol arasında heç bir əlaqə olmayıb və yoxdur.

Sadəcə, bütün bunlar bir daha sübut edir ki, hətta yaxşı işlərə uydurma əsaslarla haqq qazandırmaq təhlükəlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
18
yenisabah.az

1Источники