RU

“Ana dilimiz – milli varlığımızdır”

Bu gün Hüseyn Cavidin Ev Muzeyində 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz – milli varlığımızdır” adlı tədbir keçirildi.
“İki sahil” xəbər verir ki, tədbiri giriş nitqi ilə muzeyin direktor vəzifəsini müvəqqəti icra edən filologiya üzrə fəlsəfə doktoru Validə Həsənova açaraq tədbir iştirakçılarını salamladı və ana dilimizin mövcudluğunun beynəlxalq müstəvidə millət kimi təzahürümüzün, milli kimliyimizin mühüm göstəricilərindən olduğunu vurğuladı.

Daha sonra tədbiri AMEA Dilçilik İnstitunun Türk Dilləri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Qətibə Mahmudova davam etdirərək “Azərbaycan dilinə dövlət qayğısı: dünən, bu gün, sabah” adlı məruzəsilə çıxış etdi. O, ana dilinin tarixi inkişaf yolundan, Azərbaycan dilinin tarixində Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən, Prezident Cənab İlham Əliyevin günümüzdə ana dilinə olan qayğısından bəhs etdi. Qətibə Mahmudova öz çıxışında Cənab İlham Əliyevin AMEA-nın 80 illik yubiley mərasimində ana dilinin inkişafı ilə bağlı qarşıda duran prioritet istiqamətlər barədə səsləndirdiyi fikirlərə toxundu.

Qətibə Mahmudova eyni zamanda Dilçilik İnstitutunun ana dilimizin saflığının qorunmasında oynadığı rolu vurğulayaraq institut əməkdaşlarının bu istiqamətdə göstərdiyi fəaliyyətdən, tədqiqatlardan danışdı.
Daha sonra muzeyin əməkdaşı Nübar Məmmədova “Ana dilimiz – milli varlığımız” adlı məruzə ilə davam etdi. O, Hüseyn Cavid yaradıcılığındakı dil məsələlərinə toxunaraq vaxtilə ədibin fikirlərində millətin öz kökünə bağlı olmasının vacibliyinin necə öz əksini tapdığını vurğuladı. O, qeyd etdi ki, Cavidə görə, hər bir millətin mütləq lisan (dil) müəllimi olmalıdır, çünki lisan müəlliminin yoxluğu nəticəsində bir çox şagirdlər özlərini unudurlar. Özünü-sözünü bilməyən kimsə isə nəticə etibarilə tarixindən, kökündən xəbərsiz qalır. Tədbirin sonunda xatirə şəkli çəkildi.

 

Избранный
14
ikisahil.az

1Источники