RU

Abdulla Gül: “Bu gün Aİ-nin Türkiyəyə daha çox ehtiyacı var”

Türkiyənin 11-ci prezidenti Abdullah Gül beynəlxalq rəy və təhlil platforması "Project Syndicate" üçün yazdığı "Avropa Təhlükəsizliyinin Türkiyəyə Ehtiyacı" adlı məqalə marağa səbəb olub. 

"Cebheinfo.az" xəbər verir ki, eks-prezident məqaləsində dəyişən qlobal təhlükəsizlik dinamikasını və Türkiyə-Avropa İttifaqı münasibətlərinin gələcəyini qiymətləndirərkən diqqətəlayiq açıqlamalar verib.

Türkiyənin Avropa İttifaqına üzvlük danışıqları apardığı dövrə toxunan Gül, bu prosesdə bəzi Avropa liderlərinin vicdansız münasibətlərinin şahidi olduğunu bildirib. 

O, Kipr məsələsinin Türkiyənin üzvlüyünə mane olmaq üçün bəhanə kimi istifadə edildiyini qeyd edərək deyib:

“Avropa İttifaqı Türkiyənin namizədlik prosesində buraxılan səhvləri təkrarlamağa dözə bilməz. O dövrdə birtərəfli qaydalar və siyasi təkəbbür irəliləyişi pozdu. Bu gün Avropa İttifaqının Türkiyəyə daha çox ehtiyacı var”.

Avropa liderlərini daha dürüst və səmimi dialoqa dəvət edən Gül bildirib ki, "Bu dəfə Avropa liderləri Türkiyə ilə əməkdaşlıq məsələsində daha dürüst və səmimi olmalıdırlar. Bundan əlavə, Avropa təhlükəsizliyinin milli maraqları güdən bir neçə Aİ üzvü tərəfindən girov götürülməsinə icazə verilməməlidir. Türkiyənin təkcə əhəmiyyətli hərbi imkanları deyil, həm də regional təsir və geosiyasi çəkisi var". 

Türkiyənin NATO-da ABŞ-dən sonra ikinci ən böyük orduya sahib olduğunu qeyd edən sabiq prezident, "Türkiyə Avropa ölkəsidir. Mədəni, coğrafi, tarixi və siyasi baxımdan qitəyə aiddir. Türkiyə ilə bəzi Aİ ölkələri arasındakı münasibətlər gərgin qala bilər, lakin zərurət çox vaxt buzları əridir. Türkiyə Avropa təhlükəsizliyinin təbii bir dayağıdır, onsuz struktur natamam olardı" deyib.

Избранный
17
cebheinfo.az

1Источники