RU

Naxçıvanda içməli su təchizatı təkmilləşdirilir: yeni qurğular tikiləcək

Naxçıvanda içməli su təchizatı sistemi təkmilləşdiriləcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.

Belə ki, 2026-2029-cu illərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aşağıdakı tədbirləri həyata keçirməlidir:

Sədərək rayonunun Heydərabad qəsəbəsinin, Qaraağac və Sədərək kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması;
Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması;
Kəngərli rayonunun Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulması;
Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi;
İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsi.

Избранный
5
9
day.az

10Источники