RU

Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyətimizdəəhəmiyyətli iz qoymuş, Milli incəsənət məktəbinin ən maraqlınümayəndələrindən biri, Xalq rəssamı Davud Kazımovun anadanolmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasimikeçirilib.

Trend xəbər verirki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini SəadətYusifova, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyətişçisi Şirin Məlikova, Nizami Gəncəvi adına Azərbaycan MilliƏdəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, milliincəsənətin korifeyi, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan DövlətRəssamlıq Akademiyasının prorektoru Fuad Salayev və digərləriustadın zəngin irsindən və milli incəsənətin inkişafına verdiyitöhfələrdən danışıblar.

Muzeyin direktoru vurğulayıb ki, rəssamın Azərbaycanmuzeylərində qorunan əsərləri arasında ən böyük kolleksiya məhzMilli İncəsənət Muzeyinə məxsusdur. Bu sərgidə muzeyin daimiekspozisiyası fondlardan və şəxsi kolleksiyalardan təqdim olunanəsərlərlə zənginləşdirilib.

Açılış mərasimində görkəmli rəssam və pedaqoqun ünvanınaçoxsaylı xoş sözlər səsləndirilib. O, təkcə tanınmış sənətkar kimideyil, həm də gözəl insan, səmimi dost, güclü, nəcib və xeyirxahşəxs kimi yad edilib.

Davud Kazımovun yaradıcılığında öz dövrünün ruhu sanki güzgükimi əks olunur. Bununla belə, ustadın istedadı, tablolarınınenerjisi, portret əsərlərindəki canlı emosiyalar, mənzərələrindəkixüsusi rahatlıq və zərif işıq onun sənətini bu gün də son dərəcəmüasir göstərir. Rəssam bu gün də hamı üçün çox maraqlışəxsiyyətdir - sərgiyə gələn və sənətkarın xatirəsini anmaq istəyənziyarətçilərin sayı buna əyani sübutdur.

Sərgidə nümayiş olunan natürmortlar səmimi ev ab-havası, istilikvə işıqla zəngindir. Gözəl güldanlarda güllər – qızılgüllər, zərifçobanyastığılar, nərgizlər və tünd astra çiçəkləri, parlaqportağallar, şaftalılar, parçalar və mis qablar… Davud Kazımov bumövzulara böyük həvəslə müraciət edib, onları dönə-dönə təsviredib. Bu əsərlərdə onun heyrətamiz ustalığı, rəng palitrasınınzənginliyi və adi predmetləri əsl şah əsərə çevirmək bacarığı aydınhiss olunur.

Möhtəşəm mənzərələr də laqeyd qoymur. Onlarda işıq, rəng, havavə əhval-ruhiyyə bolluğu var. Rəssamın kətanlarında meh canlanır,çəmənliklər çiçəklənir, zirvələrdən enən soyuq duman duyulur. DavudKazımov öz yurdunu və təbiətini o qədər sevirdi ki, hətta gecəvaxtı Əlhambra və Burqas küçələri təsvir olunan mənzərələrində beləAbşeron torpağının istisini hiss etmək mümkündür.

Davud Kazımov kənd qadınlarını, onların həyat tərzini,adət-ənənələrini, etnoqrafik xüsusiyyətlərini və milli geyimlərinidə çox təsvir edib. Bu əsərlər dövrün əlamətləri kimi maraqlıdır,lakin ustad üçün əsas olan insandır. Son dərəcə müşahidəçi rəssamınincə psixoloji portretləri qəhrəmanlarına elə parlaq xarakter vəemosiyalar bəxş edir ki, onları canlı və fərqli hiss edirsən. Milligeyimli, al yaylıqlı bolqar qadının gözlərində nə qədər məna oxumaqmümkündür!

Portretlərdən danışarkən qeyd edilməlidir ki, uşaqları təsviretmək olduqca çətindir. Bəzən elə olur ki, hətta böyük rəssamlarbelə onların səmimiliyini və mimikalarının ani dəyişkənliyini tamçatdıra bilmirlər. Davud Kazımov isə oğullarının heyrətamiz uşaqportretlərini yaradaraq, onları saf və səmimi emosiyalarla doluşəkildə bizə miras qoyub.

Sərgi zallarını gəzərək ekspozisiyanın ilk tablosuna yenidənqayıtmaq olar – onun xoş enerjisi dərhal hiss olunur. Üç obrazınhər biri son dərəcə canlı və xarakterlidir. Gözlərini bir qədəryummuş qadın sakitcə istirahət anından zövq alır, rəfiqəsininbaxışlarında isə dünyaya qarşı səmimi maraq duyulur. Lakin əntəsirlisi arxası tamaşaçıya tərəf oturan oğlandır – onun duruşundavə hərəkətində həyatın gözəlliyinə olan saf və sevincli inam aydınhiss edilir. Onlara baxarkən insan həmin havanı dərindən udmaq vəuşaqlığın ən gözəl günlərindəki kimi yenidən xoşbəxt olmaqistəyir.

Rəssamın oğulları atalarının xatirəsinə göstərilən ehtirama görəiştirakçılara təşəkkür ediblər. Biz isə rəngi, işıq, hava və ruhbayramını bizə bəxş etdiyi üçün böyük sənətkara minnətdarlığımızıbildiririk.

Sərgi 31 mart tarixinədək davam edəcək.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Избранный
15
1
az.trend.az

2Источники