RU

Naxçıvanda içməli su təchizatı təkmilləşdirilir - Yeni qurğular tikiləcək

Naxçıvanda içməli su təchizatı sistemi təkmilləşdiriləcək.


Manset.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Belə ki, 2026-2029-cu illərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aşağıdakı tədbirləri həyata keçirməlidir:

  • Sədərək rayonunun Heydərabad qəsəbəsinin, Qaraağac və Sədərək kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması;
  • Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması;
  • Kəngərli rayonunun Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulması;
  • Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi;
  • İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsi.
Избранный
3
9
manset.az

10Источники