RU

Faciəvi şəkildə ölən FHN əməkdaşı dəfn olundu

Fevralın 21-də sübh saatlarında faciəvi şəkildə ölən FHN əməkdaşı bu gün dəfn edilib.

"Yeni Sabah" xatırladır ki, saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı 2 nəfəri maşın vurub.

Həlak olan 1984-cü il təvəllüdlü Şirvan Şəhər Yanğından Mühafizə dəstəsinin əməkdaşı Hakim Piriyevdir. O bu gün Neftçala ryonunun Şorbaçı kənd qəbristanlığında dəfn edilib.

Xatırlatma: faciə zamanı Salyan rayonunun 37 yaşlı Xocalı kənd sakini Elşən Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
31
yenisabah.az

1Источники