RU

Azərbaycandan Ermənistana aparılan neftə görə simvolik tarif müəyyən etdilər

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir. 

Bildirilir ki, tariflər mövzusu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin İrəvanda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşündə əsas müzakirə mövzusu olub.

Xudatyan Gürcüstan hökumətinin bu qərarına görə gürcüstanlı həmkarına təşəkkür edib. Tarifin məbləği isə açıqlanmayıb. 

Xatırladaq ki, Gürcüstan hökuməti 2025-ci ilin dekabrında birdəfəlik və heç bir rüsum tutulmadan Azərbaycandan Ermənistana neft tranzitini təmin etmişdi. Növbəti tranzit daşınması isə standart tarif üzrə həyata keçirilmişdi. 

Избранный
2
3
redaktor.az

4Источники