Sabunçu rayonu Bilgəh qəsəbəsində Hacı Qalib Salahzadəyə məxsus ərazidə baş verən söküntü işləri ilə əlaqədar məlumatlar səngimir. SABAHİNFO.AZ xəbər verir ki, bununla bağlı Qalib Salahzadə məlumat verib. Onun sözlərinə görə, İlham adlı şəxsi heç bir əsas olmadan, amonim şikayyət əsasında saxlayıblar: "İlham mənə yaxın adamdır. Bu gün onu Polis İdarəsinə dəvət ediblər və bildiriblər ki, haqqında anonim şikayyət var. Şikayyətin kim tərəfindən edildiyi bilinmir və əsas da gətirirlər ki, guya həmin ərazi İlhama məxsusdur".
Q.Salahzadə onu da qeyd edib ki, bütün bu işlərin arxasında Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyevlə yanaşı maraqlı şəxslər var.