RU

"Kişinin gözü həyat yoldaşının maaşında olmamalıdır" - Əməkdar artist

"Gəlinim olsa qızım kimi sevərəm. Deyirlər, gəlinimə ana olacam. Qayınanadan ana, gəlindən qız olmaz. Gərək hörməti qoruyub saxlayasan".

"Unikal" xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Sarıyeva "İncə səhər" verilişində deyib. 

"Bəzi analar oğlunu yanında pulla saxlayır. Heç kimə əxlaq dərsi vermirəm. İndiki qayınanaların 80 faizi gəlinlə bəns edir. Deyir, mən yaşamamışamsa, sən də yaşama. Mən nəyi yaşamamışamsa, gəlinimə onu yaşadacağam. Oğluma deyirəm ki, kimi sevirsənsə, onla get, tanı, qəlbini qırma. Həyat yoldaşını işləməyə qoy, amma gözün onun maaşında olmasın. Oldusa, evin bərəkəti olmayacaq. Qadın xanım olmalıdır".

Избранный
11
2
unikal.az

3Источники