RU

Yeni Orfoqrafiya lüğətində əvvəllər apostrofla işlənən sözlərin ayrıca siyahısı veriləcək

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Yeni Orfoqrafiya lüğətində bir vaxtlar apostrof işarəsi ilə işlənən sözlərin ayrıca siyahısı veriləcək.

BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində Nəsimi adına Dilçilik İnsitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli deyib.

Onun sözlərinə görə, sözügedən lüğətinin nəşri bu il üçün nəzərdə tutulur.

"Nazirlər Kabinetinin qaydalarına əsasən, lüğət 5 ildən tez olmayaraq çap edilməlidir. Lüğətin 2021-ci ildən öncəki nəşrində Dilçilik İnstitutunun əməkdaşları ilə yanaşı, Şərq-Qərb nəşriyyatının əməkdaşları da var idi. Onlar qeyri-peşəkar dilçilər olduğu üçün bəzi nöqsanlar var idi".

Direktor müavini sonuncu lüğətdə söz sayının 90 min olduğunu diqqətə çatdıraraq əlavə edib ki, budəfəki lüğətdə də söz artımı olacaq.

"Çalışırıq ki, hazırladığımız lüğət hər bir adam üçün stolüstü orfoqrafiya lüğəti rolunu oynaya bilsin".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
3
baku.ws

4Источники