Azərbaycan Premyer Liqasında 21-ci tur davam edir.
İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə daha bir matç keçirilib. “Karvan-Yevlax” öz meydanında “Araz-Naxçıvan”a məğlub olub – 0:2.
Hazırda Yevlax klubu 6 xalla turnir cədvəlində sonuncu, Naxçıvan təmsilçisi isə 33 xalla beşincidir.
21 fevral (şənbə)
14:30. “Karvan-Yevlax” – “Araz-Naxçıvan” 0:2
Qollar: Felipe Santos, 32 (0:1), 51 (0:2)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu