RU

İtaliya klubu UEFA-ya şikayət etdi

“İnter” UEFA-ya şikayət edib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Bude/Qlimt”lə səfər matçının keçirildiyi “Aspmüra” stadionundakı süni meydanın vəziyyətindən rəsmi şikayət edib.

İlk oyunda “İnter” 1:3 hesabı ilə uduzub. Komandanın baş məşqçisi Kristian Kivu da matçdan sonra açıqlamasında süni meydannın vəziyyətindən narazı olduğunu bildirib. Milan klubu hesab edir ki, Norveç çempionunun arenasındakı meydançanın keyfiyyəti Avropanın əsas yarışlarının standartlarına cavab vermir.

Oyundan əvvəl pis hava şəraiti səbəbindən stadiondan 80 ton ağırlığında qar təmizlənib və meydanda ciddi qüsurlar görünüb.

Qeyd edək ki, “İnter” rəhbərliyi qar yağmazdan əvvəl belə oyunçularının təhlükəsizliyindən ehtiyat edərək qeyri-rəsmi şəkildə UEFA-ya şikayət etmişdi.

Matçda iştirak edən hücumçu Lautaro Martines baldır əzələsindən zədələnib və 61-ci dəqiqədə əvəzlənib. 76-cı dəqiqədə meydana daxil olan yarımmüdafiəçi Pyotr Zyelinski də zədə alıb. “İnter”in yarımmüdafiəçiləri Davide Frattezi ilə Hakan Çalhanoğlu ehtiyat tədbiri kimi oyunu buraxıblar.

Избранный
2
1
football-plus.az

3Источники