RU

SES-lərdə istehsal 38%-dən çox azaldı

2026-cı ilin yanvarında Azərbaycanda su elektrik stansiyalarında 133,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,5 dəfə azdır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkədə ümumilikdə 2 milyard 257 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8% azdır. İstehsalın 2 milyard 186,6 milyon kilovat-saatını əmtəəlik elektrik enerjisi təşkil edib.

İstilik elektrik stansiyalarında istehsal 1 milyard 978,6 milyon kilovat-saat olub və bu sahədə 2,5% azalma qeydə alınıb. Tullantıların yandırılmasından əldə edilən elektrik enerjisi isə 22,1 milyon kilovat-saata bərabər olub. Bu göstərici 2025-cü ilin eyni dövrü ilə müqayisədə 21,1% azdır.

Külək elektrik stansiyalarında enerji istehsalı 56,1 milyon kilovat-saat olub. Bu səhədə istehsal ötən ilin müvafiq dövrünə nisbətən 21,6 dəfə artıb.

Günəş elektrik stansiyalarında istehsal 18,5 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 15,6% artıma bərabərdir.

Qeyd edək ki, hesabat dövründə suyun təmizlənməsi və bölüşdürülməsi üzrə 48,6 milyon kub metr məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 10% çoxdur.

"Cebheinfo.az"

Избранный
2
2
cebheinfo.az

3Источники