RU

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Futbolçulara oyunun çətin olacağını demişdim”

“Futbolçulara oyunun çətin olacağını demişdim. Çünki “Karvan-Yevlax”ın itirəcəyi heç nə yox idi”.

İdman.Biz xəbər verir ki, bunu Misli Premyer Liqasının 21-ci turunda “Karvan Yevlax”la oyundan sonra mətbuat konfransında Naxçıvan kollektivinin baş məşqçisi Andrey Demçenko deyib.

O, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

“Futbolçulara oyunun çətin olacağını demişdim. Çünki “Karvan-Yevlax”ın itirəcəyi heç nə yox idi. Onlar sona qədər mübarizə aparacaqdılar. Birinci hissədə taktiki baxımdan planlaşdırdıqlarımızı tam reallaşdıra bilmədik. Belə vəziyyətdə səbirli olub şansını gözləmək lazımdır. Əks-hücumda qol vurmaq üçün fürsətimizi dəyərləndirdik. İkinci hissədə bir qədər fərqli oynadıq və çalışdıq rəqibə boş zona verməyək. Futbolçularıma təşəkkür etdim. Qələbə üçün hər şeyi etdilər. Amma hələ rahatlaşa bilmərik, qarşıda oyunlarımız var”.

Baş məşqçi Felipe Santosun əsas heyətdəki mövqeyi ilə bağlı suala da münasibət bildirib:

“Biz Santosa izah etdik ki, o, yaxşı futbolçudur və keyfiyyətləri yüksəkdir. O, öz üzərində daha çox çalışdı və əsas heyətə qayıtdı”.

Qeyd edək ki, “Karvan Yevlax” – “Araz-Naxçıvan” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz
Избранный
19
4
idman.biz

5Источники