Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Son günlər 91 nömrəli avtobusda olan elan sərnişinlərin diqqətindən qaçmayıb.
Elana əsasən, avtobusun boş dayanacaqda saxlamayacağı qeyd edilib.
"Cebheinfo.az" xəbər verir ki, ilk baxışda adi məlumat kimi görünən bu elan əslində ictimai nəqliyyatda mövcud problemləri yenidən gündəmə gətirib.
Belə ki, gur saatlarda avtobuslarda yer tapmaq mümkün olmur, sərnişinlər sıxlıqdan tərpənə bilmir.Bir çox hallarda “stop” düymələri ya işləmir, ya da mövcud deyil.
Bu şəraitdə sürücüyə xəbər vermək çətinləşir, səsini çatdıra bilməyən sərnişin isə növbəti dayanacaqda düşməyə məcbur qalır.Bu isə əlavə vaxt itkisi və narahatlıq deməkdir.
İctimai nəqliyyatın əsas məqsədi vətəndaşlara rahat və əlçatan xidmət göstərmək olsa da, belə elanlar xidmət keyfiyyəti ilə bağlı sualları daha da artırır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.