RU

Həftə sonu bu bürclər üçün uğurlu olacaq - QOROSKOP

Ulduzların düzülüşü həftəsonu enerjisini dəyişir. Planetlərin yaratdığı astroloji təsirlər bəzi bürclər üçün romantik anlar, bəziləri üçün isə maliyyə və qərarvermə mövzusunda vacib siqnallar vəd edir. Şənbə və bazar günləri emosiyalar daha həssas, intuisiya isə daha güclü ola bilər.

Ölkə.Az "Sfera.az"a istinadən həftə sonu bürc proqnozlarını təqdim edir:

Qoç

Bu həftəsonu enerjiniz yüksək olacaq. Sosial mühitdə aktivlik arta bilər. Münasibətdə olan Qoçlar emosional reaksiyalara diqqət etməlidir. Subaylar üçün sürpriz tanışlıq mümkündür. Maddi məsələlərdə risk etməyin.

Buğa

Daha sakit və rahat həftəsonu sizi gözləyir. Ev və ailə mövzuları ön plana çıxacaq. Uzun zamandır düşündüyünüz bir qərarı vermək üçün uyğun zamandır. Maliyyədə stabillik qorunur.

Əkizlər

Ünsiyyət baxımından aktiv günlərdir. Dostlarla görüş, qısa səfər və ya maraqlı söhbətlər gündəmdə olacaq. Qarışıq siqnallar ala bilərsiniz. Qərar verməyə tələsməyin. Xərçəng Duyğusal balans vacib olacaq. Keçmişlə bağlı düşüncələr arta bilər. Münasibətlərdə açıq danışıq problemləri həll edə bilər. Həftəsonu özünüzə vaxt ayırmaq yaxşı təsir edəcək.

Şir

Diqqət mərkəzində olmaq istəyəcəksiniz. Sosial tədbirlər və ya dəvətlər ola bilər. Yeni ideyalar yaranacaq. Amma eqo səbəbilə mübahisədən uzaq durun.

Qız

Plan qurmaq və gələcək barədə düşünmək üçün uyğun zamandır. İşlə bağlı yeni fikir yarana bilər. Sağlamlıq və rejimə diqqət edin. İntizamlı olmaq sizə üstünlük verəcək.

Tərəzi

Romantik aura güclənir. Münasibətlərdə harmoniya mümkündür. Subay Tərəzilər üçün yeni tanışlıq ehtimalı var. Həftəsonu estetik və yaradıcılıq işləri üçün əlverişlidir.

Əqrəb

Daxili gərginlik arta bilər. Qısqanclıq və ya şübhələrə nəzarət etmək vacibdir. Maddi mövzuda gözlənilməz xəbər mümkündür. Emosiyaları idarə etmək uğur gətirəcək.

Oxatan

Səfər, plan və ya macəra istəyiniz güclənir. Yeni insanlarla tanışlıq mümkündür. Münasibətdə açıq danışıq önəmlidir. Enerjinizi düzgün istiqamətləndirin.

Oğlaq

Məsuliyyət hissi yenə ön plandadır. Amma həftəsonu bir az dincəlmək lazımdır. Maliyyə planlaması üçün uyğun vaxtdır. Ailə ilə bağlı məsələ həll oluna bilər.

Dolça

Yaradıcı ideyalar artacaq. Dostlarla vaxt keçirmək sizə motivasiya verəcək. Münasibətlərdə gözlənilməz inkişaf mümkündür. Qərar verməzdən əvvəl düşünün.

Balıqlar

Həssaslıq artacaq. Intuisiyanız güclü işləyəcək. Sirlər və gizli məsələlər aydınlaşa bilər. Ruhsal rahatlıq üçün sakit mühit seçmək faydalıdır.

Избранный
17
1
olke.az

2Источники