Ajans.az xəbər verir ki, Hərbi Memorial Məzarlıqda keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və həkim yoldaşları iştirak ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunması uğrunda qazanılmış şanlı Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edərək onların şərəfli həyat yolundan danışıblar. Sonda şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.