Bakı. Trend:
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavabgörüşləri keçirilib.
Trend xəbər verir ki, cavaboyunlarında ilk gedişi rəmzi olaraq gənclər və idman naziri FəridQayıbov edib.
Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunuhəlledici olub. Ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı gərgingörüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5hesabıyla qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionutituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci ilfinalda uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, digər görüşlər hazırda davam edir.