RU

Tanınmış hücumçu ilə rəqib məşqçi arasında insident – Gərgin anlar bu VİDEOda

I Liqanın 15-ci turunun mərkəzi qarşılaşmasında - “Şəfa” – “Mingəçevir” görüşündə (2:2) gərginliyin yaşanacağı sirr deyildi.

Hər iki komandanın çempionluq uğrunda mübarizə aparması, Amil Yunanovun qış fasiləsində narazı şəkildə ”Şəfa”nı “Mingəçevir”ə dəyişməsi intriqanı xeyli artırmışdı.

Oyun ərzində qalmaqal yaşanmadı. Baş hakim Emin Əliyev ilk hissədə bölgə təmsilçisinin qapısına penalti təyin etdi, fasilədən sonra “Şəfa”nın müdafiəçisi Vüqar Həsənovu qırmızı vərəqə ilə meydandan qovdu.

Məhz həmin “qırmızı” hakimin final fitindən sonra ciddi qalmaqala yol açdı.

“Şəfa”nın məşqçisi Zamir Həsənov uca səslə hakimlərin yanlış qərar verdiyini deyib, bununla da bölgə təmsilçisinə kömək etdiyinə işarə vurunsa, Amil dilə gəldi.

Azərbaycan millisinin də şərəfini qorumuş Yunanov keçmiş məşqçisinə etirazını bildirdi, daha sonra aralarında söz “atışması” yaşandı.

Yaxınlıqdakıların ara girməsi ilə baş verə biləcək ciddi münaqişənin qarşısı vaxtında alındı. Meydan sahiblərinin kapitanı Tərlan Quliyev Amil Yunanovu sakitləşdirməklə diqqət çəkdi.

HƏBİB / SPORTİNFO.AZ

Gərgin anlartın görüntülərini təqdim edirik.

Избранный
13
sportinfo.az

1Источники