RU

"Real Sosyedad" evdə xal itirdi

2025/2026-cı il İspaniya La Liqa mövsümünün 25-ci turunun "Real Sosyedad" və "Real Ovyedo" komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumata görə, San-Sebastyandakı “Reale Arena” stadionunda baş tutan qarşılaşma 3-3 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesab ikinci hissədə açılıb. 50-ci dəqiqədə qonaqların hücumçusu Federiko Vinjas fərqlənib. O, iki dəqiqə sonra dubl edərək hesabı 2:0-a çatdırıb.

64-cü dəqiqədə Orri Oskarsson fərqi azaldıb. 87-ci dəqiqədə müdafiəçi Due Çaleta-Çar hesabı bərabərləşdirib. 90-cı dəqiqədə Oskarsson yenidən fərqlənərək dublunu rəsmiləşdirib. Lakin 90+2-ci dəqiqədə Erik Bayi qonaqları məğlubiyyətdən xilas edib – 3:3.

 İspaniya liqasında 25 oyundan sonra "Real Sosyedad" 32 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Real Ovyedo” isə 24 oyundan sonra topladığı 17 xalla 20-ci – sonuncu sıradadır.

Növbəti turda “Ovyedo” fevralın 28-də doğma meydanda "Atletiko Madrid"i qəbul edəcək. “Real Sosyedad” isə həmin gün səfərdə "Malyorka" ilə üz-üzə gələcək.

Избранный
17
90deqiqe.az

1Источники