RU

Bakıda birinci kurs tələbəsi faciəli şəkildə HƏLAK OLDU

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Bakıda tələbə faciəli şəkildə həlak olub.

Modern.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Zığ şosesində baş verib.

2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev motosikletin idarəetməsini itirərək yolun kənarında səkiyə çırpılıb. Hadisə nəticəsində M.Ovçuyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, M.Ovçuyev Azərbaycan Dövlət İdman Akademiyasının birinci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
10
modern.az

10Источники