RU

Karlos Alkaras Dohada keçirilən turnirin qalibi oldu

Dünyanın 1 nömrəli tennisçisi Karlos Alkaras Qətərin Doha şəhərində keçirilən ATP 500 turnirinin qalibi olub.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı turnirdə fransız Artur Fissi (reytinqdə 40-cı yerdə) 6-2, 6-1 hesabları ilə məğlub edib.

Oyunçular meydanda 52 dəqiqə keçiriblər. 

22 yaşlı Alkaras karyerasının 26-cı, 2026-cı il mövsümündə isə ikinci titulunu qazanıb. Alkaras əvvəllər 2026-cı il Avstraliya Açıq Çempionatının qalibi olub.

Избранный
8
1
90deqiqe.az

2Источники