RU

Çinin yeni nəsil nüvə silahı üzərində işlədiyi ehtimal olunur

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ kəşfiyyat orqanları hesab edir ki, Çin yeni nəsil nüvə silahı hazırlayır və nüvə arsenalının yenilənməsi çərçivəsində ən azı bir sınaq keçirib.APA xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, nüvə arsenalına yönəldilən investisiyalar sayəsində Çin dominant nüvə dövlətlərinin malik olmadığı texniki imkanlar əldə edə bilər.

Qeyd olunur ki, Çin 2020-ci ilin iyun ayında ölkənin şimal-qərbində yerləşən Lop-Nur poliqonunda sınaq keçirib.ABŞ kəşfiyyat orqanlarının qənaətinə görə, sınaq Çinin yeni nəsil nüvə silahı yaratmaq niyyəti ilə əlaqədar olub.

Telekanalın məlumatına görə, Pekin indiyədək belə silah istehsal etməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
apa.az

2Источники