RU

KİV: “Şimal axını”nın ABŞ iştirakı ilə bərpası mümkündür

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ “Şimal axını” qaz kəmərinin fəaliyyətinin mümkün bərpasında əsas rol oynaya bilər.APA xəbər verir ki, bu barədə "Berliner Zeitung" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton Avropaya Rusiya qazının tədarükünü yenidən başlatmaq imkanını nəzərdən keçirə və bununla yanaşı regionun enerji infrastrukturuna nəzarəti genişləndirməyə çalışa bilər.Bildirilir ki, hazırda “Şimal axını”nın bərpası ilə bağlı qapalı danışıqlar aparılır.

Öz növbəsində, Fransanın "Le Monde Diplomatique" qəzeti də “Şimal axını”nın yenidən işə salınması ilə bağlı qeyri-rəsmi təmasların beynəlxalq institutlardan və ictimai nəzarətdən kənarda aparıldığını bildirib və bunu “pərdəarxası diplomatiya” kimi xarakterizə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
3
apa.az

10Источники