RU

ADPU da prorektor tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Sosial və humanitar məsələlər üzrə prorektorluğunun təşəbbüsü ilə universitetdə fəaliyyət göstərən tələbə strukturlarının rəhbər heyəti ilə geniştərkibli iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, şöbənin baş mütəxəssisi İsmayıl Nəsirov, Heydər Əliyev Mərkəzinin mütəxəssisi Tərlan Ağayev, həmçinin universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının sədr və sədr müavinləri iştirak ediblər.

Görüş zamanı ADPU-nun 2026-cı il üzrə tədbirlər planına uyğun olaraq qarşıda duran prioritet istiqamətlər ətrafında müzakirələr aparılıb, həyata keçiriləcək layihələrin məzmunu, icra mexanizmləri və koordinasiya məsələləri müzakirə edilib. Eyni zamanda, universitetin filialları ilə əlaqələrin daha da möhkəmləndirilməsi, tələbə təşkilatları arasında institusional əməkdaşlığın genişləndirilməsi, birgə təşəbbüslərin artırılması və tələbələr arasında maarifləndirmə işinin sistemli və məqsədyönlü şəkildə təşkili zəruriliyi vurğulanıb.

İclas çərçivəsində tələbə təşəbbüslərinin dəstəklənməsi, sosial-mədəni mühitin zənginləşdirilməsi, milli-mənəvi dəyərlərin təbliği və universitet daxilində sağlam təşkilati mühitin formalaşdırılması istiqamətində konkret təkliflər səsləndirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, tələbə strukturlarının fəaliyyətinin koordinasiyalı və strateji əsaslarla qurulması ADPU-da tələbə həyatının daha da canlanmasına, universitetin korporativ kimliyinin güclənməsinə və təhsil mühitinin inkişafına mühüm töhfələr verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
azertag.az

1Источники