RU

Makron Trampdan Avropa vətəndaşlarına tətbiq olunan sanksiyaların aradan qaldırılmasını istədi

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron ötən həftə ABŞ PrezidentiDonald Trampa ünvanladığı məktubda bir sıra Avropa vətəndaşlarınaqarşı tətbiq edilmiş sanksiyaların ləğvini xahiş edib.

Trend xəbər verir ki, bubarədə “La Tribune Dimanche” qəzeti yazıb.

Məsələ əsasən Avropanın daxili bazar üzrə keçmiş komissarıTyerri Breton və Beynəlxalq Cinayət Məhkəməsinin hakimi NikolasGiyu ilə bağlıdır.

Qəzetin sitat gətirdiyi məktubda Makron administrasiyanınqərarlarına yenidən baxılmasını və Nikolas Giyu ilə Tyerri Bretonaqarşı ədalətsiz hesab etdiyi sanksiyaların ləğv olunmasını xahişedib.

Nəşrin yazdığına görə, ABŞ daha əvvəl Breton və Vaşinqtonunamerikalılara qarşı senzura cəhdlərində iştirak etdiyini düşündüyübir neçə şəxsə viza məhdudiyyətləri tətbiq etmişdi. Keçmiş Avropakomissarı, xüsusilə, Aİ-nin rəqəmsal xidmətlər haqqında qanunununəsas təşəbbüskarlarından biri kimi göstərilir.

Makron bildirib ki, Tyerri Bretona qarşı tətbiq edilənsanksiyalar Avropa qanunvericiliyinin müstəqilliyinə zərbə vurur vəyanlış yanaşmaya əsaslanır. Onun sözlərinə görə, Avropanın rəqəmsaltənzimləmə mexanizmi ekstraterritorial xarakter daşımır vəayrı-seçkilik olmadan həyata keçirilir.

Fransa Prezidenti, həmçinin, Beynəlxalq Cinayət Məhkəməsininİsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziriYoav Qalant barəsində həbs orderi çıxarmasından sonra ABŞ-ninGiyuya qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib. O hesab edirki, bu addım məhkəmə müstəqilliyi prinsipinə və BCM-in mandatınaxələl gətirir.

Qəzetin məlumatına görə, Makron Fransanın xarici işlər naziriJan-Noel Barroya ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşnerin XİN-əçağırılması barədə göstəriş verib. Çağırışın səbəbi açıqlanmasa da,qeyd olunur ki, diplomat daha əvvəl Dövlət Departamentinin “X”platformasında sağçı fəal Kanten Derankın ölümü ilə bağlı araşdırmaaparılması çağırışını paylaşmışdı.

Избранный
26
az.trend.az

1Источники