RU

Məsud Pezeşkian: Tək bədən olaraq bir araya gəlməliyik

ain.az, Sherg.az saytına istinadən bildirir.

İran Prezidenti Məsud Pezeşkian xarici qüvvələrin ölkəni təslim olmağa məcbur etdiyini, lakin təzyiq və çətinliklər qarşısında geri çəkilməyəcəklərini bildirib.

Sherg.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Prezident Məsud Pezeşkian Tehranda Paralimpiya Oyunlarında medal qazanmış idmançıların mükafatlandırma mərasimində çıxış edərək milli birlik, həmrəylik və çətinliklərə qarşı müqavimətin vacibliyini vurğulayıb.

Mərasimdə idmançılara müraciət edən Pezeşkian ölkənin müxtəlif təzyiq və çətinliklərlə üzləşdiyini qeyd edərək deyib: “Dünya qorxaqcasına və zorakılıqla bizi özlərinə boyun əyməyə məcbur edir. Amma bilin ki, siz çətinliklər qarşısında geri çəkilmədiyiniz kimi, biz də bu problemlər qarşısında geri çəkilməyəcəyik. Bizə yaratdıqları bütün çətinliklərə və cəmiyyətdə açdıqları yaralara baxmayaraq, bu yaraları sağaltmalıyıq.”

Pezeşkian ictimai həmrəyliyin vacibliyinə diqqət çəkərək xalqın tək bədən kimi hərəkət etməsinin zəruri olduğunu vurğulayıb.

Prezident əlavə edib: “Biz bir millətik və tək bədən olaraq bir araya gəlməli, bütün bu çətinliklərə qarşı dayanmalı, fərqlərimizi və problemlərimizi bir kənara qoymalıyıq. Birlikdə olmalı və yaranmış yaraları sağaltmalıyıq.”

Çıxışının sonunda mövcud çatışmazlıqların aradan qaldırılması üçün çalışacaqlarını bildirən Pezeşkian deyib: “Mövcud çatışmazlıq və yetərsizlikləri aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik və bu problemlərin öhdəsindən gələ biləcəyimizə ümid edirik. Əziz dostlarım, bu günə qədər necə qürur duymusunuzsa, bu yolda davam edəcəyik.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
sherg.az

1Источники