RU

Ukraynada terror aktı: ölən və yaralananlar var FOTOLAR

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ukraynanın Lvov şəhərində “Maqnus” ticarət mərkəzinin yaxınlığında terror aktı törədilib. Ölən və yaralananlar var. 

Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin meri Andriy Sadovıy məlumat yayıb.

Bildirilir ki, hadisədən öncə naməlum şəxs polis idarəsinə zəng edib və əraziyə çağırış olub. Əməkdaşlar hadisə yerinə cəlb edilib. Lakin zəngin əsassız olduğu və heç bir hadisənin baş vermədiyi məlum olub. İlk partlayış da elə bu zaman baş verib. Ardınca isə ikinci qrup polis əməkdaşları əraziyə gəlib və ikinci partlayış da məhz o an qeydə alınıb.

Partlayışlar nəticəsində bir polis əməkdaşı həlak olub, daha 15 nəfər isə yaralanıb. Onların da arasında polislərin olduğu bildirilir.

Hələlik hadisə barədə rəsmi geniş açıqlama yoxdur. Araşdırma aparılır.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
16
globalinfo.az

10Источники