RU

Nə yumurtadır, nə də pendir Axşama qədər tox saxlayır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Ramazan ayında uzun saatlar davam edən aclıq və susuzluq ərəfəsində qan şəkərini tarazlıqda saxlayan qidalar xüsusi əhəmiyyət kəsb edir. Mütəxəssislərin və qidalanma üzrə tədqiqatçıların tövsiyə etdiyi "super qida" toxluq müddətini maksimuma çatdırması ilə diqqət çəkir.Demokrat.az xəbər verir ki, sahurda qəbul edilən qidaların tərkibindəki lif və protein keyfiyyəti gün ərzindəki enerji səviyyəsinə birbaşa təsir edir. Qan şəkərini sürətlə qaldırıb salan qidalar səhər saatlarında halsızlıq və aclıq böhranlarına səbəb olur. Liflə zəngin olan kinoa isə bu baxımdan ən güclü alternativlərdən biri hesab olunur. Bir çox taxıl növündən fərqli olaraq kinoa tam protein mənbəyidir. Bu o deməkdir ki, orqanizmin xaricdən almalı olduğu doqquz əsas amin turşusunun hamısı bu qidanın tərkibində mövcuddur.Proteinin yüksək olması mədənin boşalma müddətini uzadır və toxluq hissinin saatlarca davam etməsinə şərait yaradır. Aparılan araşdırmalar göstərir ki, kinoa həm həll olan, həm də həll olunmayan liflərlə zəngindir. Bu struktur həzmi ləngidir və bağırsaq sağlamlığını dəstəkləyir. Eyni zamanda qan şəkərinin qəfil düşməsinin qarşısını alaraq iştahı nəzarətdə saxlayır.Maqnezium, kalium və dəmir baxımından zəngin olan kinoa uzunmüddətli aclıq zamanı bədənin elektrolit balansını qoruyur. Bu minerallar xüsusilə isti havalarda orqanizmin enerji istehsalı və maye tarazlığı üçün vacibdir. Sahurda tez-tez seçilən yumurta və pendir kimi heyvan mənşəli zülalların yanında bu cür alternativlərdən istifadə etmək həzm sistemi üçün daha faydalıdır.Kinoanı sahurda hazırlamaq olduqca sadədir. Bişirməzdən əvvəl üzərindəki acı dadın getməsi üçün bol su ilə yumaq lazımdır. Təxminən 15 dəqiqə ərzində bişən bu qidanı qatıqla qarışdıraraq, üzərinə qoz və təzə meyvə əlavə edərək və ya salat şəklində rahatlıqla istehlak etmək olar.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
demokrat.az

1Источники