Bakı. Trend:
“Ayntraxt Frankfurt”un yarımmüdafiəçisi Mario Getze KriştianuRonaldu ilə birlikdə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundaoynamaq istəyir.
Trend xəbər verir ki, Getze2014-cü ildə Almaniya millisinin heyətində dünya çempioni olub. O,final oyununda Argentinanın qapısına vurulan yeganə qolunmüəllifidir.
“Əgər seçimim olsaydı, “Əl-Nəsr”ə gedərdim, çünki KriştianuRonaldu orada oynayır. Amma təbii ki, məsələ yalnız bir konkretklubda deyil: yarışın özü və hadisələrin necə inkişaf etməsi dəvacibdir, xüsusən də gənc oyunçular üçün”, - deyə Getzebildirib.
Bu mövsüm Getze klubun heyətində bütün yarışlarda 25 oyunkeçirib və iki məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi2026-cı ilin iyun ayına qədərdir.