RU

Gəncədə futbol oynayarkən vəfat edən Təbrizin FOTOsu

Gəncədə universitet tələbəsinin qəfil ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

İlkin məlumatlara görə, 2007-ci il təvəllüdlü Təbriz Nuriyev futbol oynayarkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Vəfat edən gənc Quba rayon sakinidir. O, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin ikinci kursunda təhsil alırdı.

İlkin ehtimala görə, gənc tələbə ürək tutması nəticəsində vəfat edib. Hazırda T. Nuriyevin nəşi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Futbol oynayarkən qəfil vəfat edən Təbrizin fotosunu təqdim edirik:

Избранный
27
sportinfo.az

1Источники