RU

Ərəblər Barselona nın yarımmüdafiəçisini aparır 40 milyona

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanı Suveren Sərvət Fondunun (PIF) "Barselona"nın yarımmüdafiəçisi Mark Kasadonun transferi üçün cəlbedici təklif hazırlayır.

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb. 

Mənbənin məlumatına görə, 22 yaşlı futbolçunun gələn mövsüm yerli liqaya dəvət edilməsi nəzərdən keçirilir. Yaxın günlərdə onun agentləri ilə görüş planlaşdırır. Potensial müqavilənin dəyəri 40 milyon avrodur.

Kasado bu mövsüm "Blaugrana"da bütün yarışlarda 25 oyun keçirib və bir məhsuldar ötürmə edib. İspaniyalı futbolçunun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

"Barselona" 24 oyundan 58 xalla İspaniya La Liqasının turnir cədvəlində ikinci yerdədir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
fanat.az

2Источники