RU

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki MüqəddəsOcağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman binƏbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətiləSizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycanxalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımıçatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında möhkəm dostluğunyaxşı nümunəsi olan və qardaşlığa əsaslanan münasibətləringündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi biziolduqca sevindirir. Aramızda mövcud olan yüksək səviyyəli siyasidialoq iqtisadi, enerji, humanitar və digər sahələrdəəməkdaşlığımız ilə müşayiət olunmaqdadır.

Bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizinsəmərəli birgə fəaliyyətini xüsusi qeyd etmək istərdim. Qardaşölkənizin “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikilərək bu yaxınlardaistismara verilməsi sıx tərəfdaşlığımızın bariz nümunəsidir.

Əminəm ki, Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarasımünasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəflimüstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialındantam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizi və qardaş xalqınızımüqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdəntəbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdəuğurlar, Səudiyyə Ərəbistanına daim əmin-amanlıq və firavanlıqdiləyirəm".

Избранный
18
47
az.trend.az

10Источники