RU

“Real” Arbeloanı qova bilər

“Real” Çempionlar Liqasının “Benfika” ilə pley-off oyunundan sonra baş məşqçisi Alvaro Arbeloanı istefaya göndərə bilər.

Msport.az xəbər verir ki, bu iddianı “Sport.es” nəşri səsləndirib.

Madrid klubu İspaniya La Liqasının 25-ci turunda “Osasuna”ya 1:2 hesabı ilə uduzub.

Mənbənin sözlərinə görə, futbolçuların baş məşqçiyə inamı itməyə başlayıb, rəhbərlik isə Arbeloanın taktikasını başa düşmür.

“Real” rəhbərliyi məşqçinin oyun zamanı əvəzləmərinin uğursuz olduğunu düçünürlər.

“Benfika” ilə matçda uğursuzluq baş versə, 43 yaşlı mütəxəssis istefaya göndərilə bilər. Hazırda “Real” rəhbərliyinin alternativ variantı olmadığından onlar Arbeloaya dəstək göstərmək məcburiyyətindədirlər.

Избранный
14
msport.az

1Источники