RU

Karyerasını “Mançester Siti”də davam etdirə bilər - 91–114 milyon avro dəyəri var

“Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson karyerasını “Mançester Siti”də davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

“Şəhərlilər” Andersonun transferində əsas favorit hesab olunurlar. Klub artıq 23 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə yaradıb.

Oyunçunun özü “Mançester Siti”yə keçidə qarşı deyil, hətta baş məşqçi Pep Qvardiolanın mövsümün sonunda gedəcəyi halda belə. Transferin məbləği təxminən 91–114 milyon avro dəyərində qiymətləndirilir.

İngiltərə millisinin də üzvü olan Anderson cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Onun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

Избранный
11
sportinfo.az

1Источники